• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rusiyada yeni nazir təyinatı

DÜNYA

14 May 2024 | 18:30 | Müəllif: Subhan Mahmudov

Rusiyada yeni nazir təyinatı

Dövlət Duması plenar iclasda Mixail Deqtyarevin Rusiya Federasiyasının idman naziri vəzifəsinə təsdiq edilməsinə səs verib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Parlament Palatasının müvafiq qərarı Deqtyarevin bu vəzifəyə təyin edilməsi üçün ölkə prezidentinə göndəriləcək. 

“Mixail Vladimiroviç Deqtyarev Rusiya Federasiyasının idman naziri vəzifəsinə təsdiq edilsin, bu qərar Rusiya Federasiyasının Prezidentinə, Rusiya Federasiyası Hökumətinin Sədrinə göndərilsin”, - Dövlət Dumasının deputatları tərəfindən qəbul edilən qərarda deyilir.

Deqtyarev 2020-ci ildən bu vəzifədə çalışan Oleq Matytsini əvəz edəcək. 2021-ci ildə Deqtyarev Xabarovsk diyarının qubernatoru seçilib. 2011-ci ildən LDPR fraksiyasından altıncı və yeddinci çağırış Dövlət Dumasının deputatı olub və Palatanın bədən tərbiyəsi, idman, turizm və gənclərlə iş üzrə komitəsinə rəhbərlik edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026