Rusiya İrəvanın KTMT ilə bağlı mövqeyini aydınlaşdırmaq üçün Ermənistanla işləməyə davam edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O bildirib ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalınacaq:
"Hər bir ölkənin öz prioritetləri var. Bizim prioritetlərimiz yaxşı başa düşülür, biz onları ardıcıl olaraq müdafiə edirik. KTMT üzvü olan dövlətlər də kollektiv təhlükəsizlik sahəsində bu prioritetləri bölüşürlər", - Peskov əlavə edib və bildirib ki, Ermənistan şübhəsiz ki, bunda maraqlıdır.
Günel Abbas
















