• Bakı 28° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ərdoğan: "Üçüncü dünya müharibəsi riski yoxdur"

DÜNYA

13 Iyul 2024 | 15:01 | Müəllif: Gülşən Şərif

Ərdoğan: "Üçüncü dünya müharibəsi riski yoxdur"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən NATO sammitindən sonra Üçüncü dünya müharibəsi riskinin olmadığını deyib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə lideri Üçüncü dünya müharibəsi ilə bağlı sualına cavabında deyib:

“Düzünü desəm, mən bu riski görmürəm və görmək də istəmirəm. Əvvəllər dünyanı müharibəyə sürükləyən səbəbləri və görülməyən tədbirləri xatırlasaq, bu gün bu səhvlərə yol verməmək üçün diqqətli olmalıyıq”.

Onun sözlərinə görə, bütün ölkələr səylərini müharibəyə deyil, sülhün əldə olunmasına yönəltməlidir. (unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026