• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Məbəddə faciə: ölən və yaralananlar var

DÜNYA

12 Avqust 2024 | 14:45 | Müəllif: Əli Hüseynov

Məbəddə faciə: ölən və yaralananlar var

Hindistanın şərqindəki Bihar əyalətinin Cehanabad şəhərində məbəddə izdiham yaşanıb.

Nəticədə azı 7 nəfər ölüb, 35 nəfər yaralanıb.

Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Faciə bazar günü axşam yüzlərlə dindarın Şiva tanrısına həsr olunmuş ənənəvi mərasimlər üçün məbədə toplaşdığı zaman baş verib.

Şəhər polis müfəttişi Divakar Kumar Vişvakarma Cehanabadın patoloji-anatomik şöbəsinə üç qadın və dörd kişi olmaqla, yeddi cəsədin daxil olduğunu təsdiqləyib. Əhali ölənlərin real sayının daha çox olmasından ehtiyat edir, çünki izdiham kütlənin nəzarət altına alınması üçün güc tətbiq edildiyi zaman baş verib.

"Məbəddə olanlar izdihamın administrasiya tərəfindən lazımi tədbirlərin görülməməsi səbəbindən baş verdiyini söyləyiblər. Bu, polisin səhlənkarlığı ucbatından baş verib", - deyə qurbanlardan birinin qohumu bildirib.

Hüquq-mühafizə orqanları isə bu ittihamları rədd edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026