• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Moldovanın keçmiş prezidenti polisə çağırıldı

DÜNYA

11 Sentyabr 2024 | 14:38

Moldovanın keçmiş prezidenti polisə çağırıldı

Moldovanın keçmiş prezidenti İqor Dodon polisə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Noi.md” məlumat yayıb.

Məlumata görə, İqor Dodon LGBT fəallarının şikayəti əsasında polisə çağırılıb.

Bildirilib ki, şikayət Dodonun seçki kampaniyası zamanı əvvəllər dediyi ifadə ilə bağlıdır.

Belə ki, Dodon məktəblərdə və Kişinyovda LGBT təbliğatının tətbiqinə icazə verməyəcəklərini, çünki bunun, həm müəllimlərin əksəriyyəti, həm də uşaqları oxuyan valideynlər və ailələr üçün qəbuledilməz olduğunu deyib.

Moldovanın keçmiş rəhbərinə qarşı şikayətin müəllifləri arqument kimi müəllimlərin, valideynlərin və uşaqların məktəblərdə LGBT təbliğatı ilə bağlı narahatlığını təsdiqləyən elmi araşdırmaların aparılmamasını göstəriblər.

Qeyd olunub ki, şikayətdən sonra Dodonun polisə getməsi ilə bağlı heç bir məlumat yoxdur.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026