• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Putin: Yeni dünya nizami yaranır

DÜNYA

11 Oktyabr 2024 | 13:42 | Müəllif: Əli Hüseynov

Putin: Yeni dünya nizami yaranır

Rusiya prezidenti Vladimir Putin planetin müxtəlifliyini əks etdirən yeni dünya düzəninin formalaşdığını bəyan edib.

Bakıvaxtı.az Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Putin Türkmənistanın paytaxtı Aşqabadda türkmən şairi və mütəfəkkir Məhdumqulu Fəraqinin 300 illik yubileyi münasibətilə keçirilən "Zaman və sivilizasiyanın əlaqəsi - müasir dünya və inkişaf forumunun təməli" adlı tədbirə qatılıb.

Dünyadakı vəziyyəti dəyərləndirən Putin çıxışında qeyd edib: 

"Dünya sivilizasiyaların bölünməsi və etnik və dini qruplar arasında qarşıdurmalar nəticəsində görünməmiş təhlükələrlə üz-üzədir. Beynəlxalq münasibətlər qlobal köklü dəyişikliklərin yaşandığı bir dövrə qədəm qoyub. Bu dövrdə bir Planetin müxtəlifliyini əks etdirən yeni dünya nizamı formalaşır".

Şərqdə və cənubda yeni güclü iqtisadi, maliyyə və siyasi mərkəzlərin yarandığını bildirən Putin diqqətə çatdırıb ki, bu mərkəzlər suverenliyi, sosial-mədəni kimliyi qorumağa və gücləndirməyə, ənənələrə və milli maraqlara uyğun inkişaf yolları tapmağa çalışır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026