• Bakı 10° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Qəzzada öldürülən jurnalistlərin sayı açıqlandı

DÜNYA

10 Noyabr 2024 | 12:04

Qəzzada öldürülən jurnalistlərin sayı açıqlandı

Ötən ilin oktyabrından Qəzzada İsrail qüvvələri tərəfindən öldürülən jurnalistlərin sayı 188-ə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Qəzzada yerləşən Hökumət İnformasiya Ofisi (GMO) "Telegram"da verdiyi açıqlamada öldürülən dörd jurnalistin adlarını dərc edib.

Onların arasında qardaş və bacı olduqları güman edilən və şənbə günü İsrailin Qəzza şəhərinə hücumu zamanı öldürülən Zəhra Məhəmməd Əbu Sahileh və Əhməd Məhəmməd Əbu Sahileh də var.

Agentlik bu il İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində öldürülən daha iki jurnalist haqqında məlumat yayıb.

Onlar martın 31-də Qəzza şəhərinin cənubundakı döngə yaxınlığında öldürülən müxbir Mustafa Xader Bar və oktyabrın 6-da Qəzzanın şimal-qərbində, Əl-Kərəmədə öldürülən fotojurnalistdir.


SON XƏBƏRLƏR

12 Noyabr 2024