• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

KİV: İsrail tankları Dəməşqə yaxınlaşıb

DÜNYA

10 Dekabr 2024 | 09:57

KİV: İsrail tankları Dəməşqə yaxınlaşıb

İsrail tankları Suriya ilə sərhəd boyunca bufer zonanı keçib. Onlar Dəməşqdən təxminən 20 km məsafədə görünüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Tanklar bu həftənin əvvəlində İsrailin qoşun yerləşdirdiyi bufer zonanı keçib. Onlar Suriyanın paytaxtından 21 km məsafədə yerləşən cənub yaşayış məntəqəsi Katana yaxınlığında yerləşiblər.

İsrail Müdafiə Ordusu hələlik bu məlumatı şərh etməyib.

Daha əvvəl Ordunun mətbuat xidməti bildirmişdi ki, piyada, zirehli avtomobil və tank qoşunları müdafiə məqsədilə Suriya sərhədi boyunca, təhdidlərin qarşısını almaq üçün desantçılar bufer zonada yerləşdirilib.


SON XƏBƏRLƏR

18 Aprel 2025