• Bakı 10° C

    13.67 m/s

  • USD - 1.7

    EUR - 1.9326

    RUB - 2.04

Cənubi Koreyanın Baş naziri polisə çağırıldı

DÜNYA

10 Dekabr 2024 | 10:00

Cənubi Koreyanın Baş naziri polisə çağırıldı

Cənubi Koreya polisi Baş nazir Han Dok Su da daxil olmaqla Nazirlər Kabinetinin 10 üzvünü dindirməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Hanguk ilbo" qəzeti yazır.

Dindirilmə hərbi vəziyyətin tətbiqi ilə bağlıdır.

Xatırladaq ki, Koreya Respublikasının Prezidenti müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.


SON XƏBƏRLƏR

14 Aprel 2025