• Bakı 20° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Xorvatiya suriyalılara sığınacaq verilməsini dayandırdı

DÜNYA

10 Dekabr 2024 | 10:51

Xorvatiya suriyalılara sığınacaq verilməsini dayandırdı

Xorvatiya hökuməti Avropa İttifaqı səviyyəsində vahid qərar qəbul edilənə qədər Suriya vətəndaşlarının sığınacaqla bağlı müraciətlərinə baxılmasını dayandırmaq qərarına gəlib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Davor Bojinovic bildirib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi səlahiyyətli qurumlara Suriya vətəndaşlarının sığınacaq almaq üçün müraciətlərinə baxılmasının müvəqqəti dayandırılması ilə bağlı göstərişlər verib. Bu proses Avropa İttifaqı səviyyəsində qərar qəbul edilənə qədər davam edəcək.

"Hamımız ümid edirik ki, Suriyadakı vəziyyət suriyalıların öz ölkələrinə qayıtmasına imkan verəcək", - Xorvatiya DİN-in mətbuat xidməti D.Bojinovicin sözlərini sitat gətirib.

Daha əvvəl Avstriya, Almaniya, Danimarka, Norveç, İsveç, Finlandiya və Kipr suriyalıların sığınacaqla bağlı müraciətlərinə baxılmasının dayandırıldığını bildirmişdi.


SON XƏBƏRLƏR

03 Iyun 2025