• Bakı 18° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Eniş edən sərnişin təyyarəsinin təkəri partladı

DÜNYA

09 Yanvar 2025 | 10:42

Eniş edən sərnişin təyyarəsinin təkəri partladı

Japan Airlines şirkətinə məxsus sərnişin təyyarəsinin Haneda hava limanına eniş edərkən təkəri partlayıb. 

Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Yaponiya Hava Yollarına (JAL) məxsus, İşikava prefekturasının Komatsu hava limanından qalxan JL182 reys nömrəli Boeing 737-800 tipli təyyarənin sol təkərlərindən biri eniş zamanı partlayıb.

Qəzaya baxmayaraq, təyyarə 09.25 radələrində enişini təhlükəsiz şəkildə başa vurub və hadisə zamanı göyərtədə olan 65 sərnişin və ekipaj üzvü arasında ölən və yaralanan olmayıb.

Eyni təyyarə ilə həyata keçirilməsi gözlənilən 2 reysin ləğv edildiyi bildirilib.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026