İsrail əsgərləri son 24 saat ərzində Livan və Qəzza zolağında onlarla terrorçunu, həmçinin silah anbarlarını və terrorçuların infrastrukturunu məhv ediblər.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Son 24 saat ərzində İsrail əsgərləri Qəzza zolağının şimalında, Cəbəliyə bölgəsində onlarla terrorçunu, terrorçuların infrastrukturunu və silah anbarını məhv edib.
Əməliyyat silahların, hərbi infrastrukturun və terrorçuların məhv edildiyi Beyt Lahia bölgəsində və anklavın cənubunda, Rəfah yaxınlığında da davam etdirilir", - deyə mətbuat xidməti qeyd edib.