• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Obamanın taleyi necə olacaq?

DÜNYA

10 Noyabr 2024 | 10:58 | Müəllif: Subhan Mahmudov

Obamanın taleyi necə olacaq?

ABŞ-nin keçmiş prezidenti Barak Obama prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsindən sonra siyasi səhnədən itəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bioqraf Devid Qarrou "Daily Mail"ə müsahibəsində bildirib.

“Mən mütləq gözləyirəm ki, onlar (Obama və onun ailə üzvləri) yanvarın əvvəlindən sonra Vaşinqtonda daha az vaxt keçirəcəklər”, - deyə o qeyd edib.

Onun fikrincə, Obama “siyasət səhnəsindən itəcək” və Massaçusets sahillərində məşhurlarla ünsiyyətə və milyonçuların "Marta's Vineyard" adasında yaşamağa davam edəcək.

"Onlar heç bir maliyyə təzyiqi altında deyillər", - deyə Qarrou əlavə edib. 

David Obamanın avtobioqrafiyasını yazan yazıçıdır. O, əvvəllər Martin Lüter Kinq haqqında yazdığı kitabına görə "Pulitzer" mükafatı qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026