• Bakı 14° C

    1.25 m/s

Braziliya Livandan 217 vətəndaşını təxliyə edib

DÜNYA

11 Oktyabr 2024 | 13:44 | Müəllif: Əli Hüseynov

Braziliya Livandan 217 vətəndaşını təxliyə edib

İsrailin hücumlarını davam etdirdiyi Livandan Braziliya 217 vətəndaşını təxliyə edib.

Bakıvaxtı.az bu barədə ölkənin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir.

Belə ki, 21 min braziliyalının hələ də Livanda yaşadığı və xilasedici təyyarələrin ölkələrinə qayıtmasını gözlədiyi paylaşılıb.

Həmçinin, prezident Luiz İnasio Lula da Silvanın göstərişi ilə indiyədək Livanda yaşayan 3 min braziliyalının ölkəyə gətirildiyi bildirilib.

Açıqlamada Livanda yaşayan braziliyalıların mərhələli şəkildə ölkəyə gətirilməsinin planlaşdırıldığı diqqətə çatdırılıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026