• Bakı 21° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkmənistan prezidenti Putini təltif etdi

DÜNYA

11 Oktyabr 2024 | 13:21

Türkmənistan prezidenti Putini təltif etdi

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov rusiyalı həmkarı Vladimir Putini türkmən şairi və klassiki Məhtimqulu Fəraqinin 300 illik yubileyi şərəfinə medalla təltif edib.

Bakıvaxtı.az xəbər verir ki, təltifetmə Türkmənistan paytaxtı Aşqabadda baş tutub.

Berdiməhəmmədov şairin 300 illik yubileyinin Rusiyada geniş şəkildə qeyd olunduğunu xatırladıb.

“Fürsətdən istifadə edərək, bu işdə göstərdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Hörmətli Vladimir Vladimiroviç, mən sizi “Məhtimqulu Fəraqi” yubiley medalı ilə təltif etmək qərarına gəldim, bu, xalqlarımız və ölkələrimiz arasında daha bir parlaq simvol olacaq. Təbrik edirəm”, - Berdiməhəmmədov deyib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026