• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

NATO-nun yeni baş katibi bu tarixdən vəzifəsinin icrasına başlayacaq

DÜNYA

11 Sentyabr 2024 | 14:40

NATO-nun yeni baş katibi bu tarixdən vəzifəsinin icrasına başlayacaq

NATO-nun yeni baş katibi Mark Ruttenin vəzifəsinin icrasına başlamasına həsr olunmuş mərasimi oktyabrın 1-də keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 1-də Yens Stoltenberqin NATO-nun baş katibi kimi səlahiyyət müddəti başa çatacaq, onu Niderlandın sabiq baş naziri Mark Rutte əvəzləyəcək”, - deyə mətbuat xidməti bildirib.

Bu münasibətlə alyansın Brüsseldəki mənzil-qərargahında səlahiyyətlərin verilməsi ilə bağlı rəsmi mərasim və yeni baş katibin mətbuat konfransı keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026