Oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda Qəzza əhalisinin 1,8 faizinin həyatını itirdiyi bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstin Mərkəzi Statistika Bürosu məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 40 minə yaxınlaşıb. Bu rəqəm Qəzza əhalisinin 1,8 faizini təşkil edir.
Qeyd edilib ki, İsrailin hücumlarında həlak olanların 24 faizi gənclərdir.
Bu müddət ərzində Qəzzada 34 nəfər aclıqdan ölüb, təxminən 3500 uşaq qida çatışmazlığı səbəbindən ölüm təhlükəsi ilə üzləşib.
Əli Hüseynov
















