"SpaceX" tarixdə ilk dəfə astronavtları kosmosa daşıyacağı gözlənilən ilk kommersiya missiyasını başladıb.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, dörd astronavtı daşıyan "Dragon" kosmik gəmisi səhər saat 05:23-də Floridadakı Con Kennedi Kosmik Mərkəzindən havaya qalxıb.
Ekipaja kapitan Jared Isaacman, pilot Kidd Poteet, missiya mütəxəssisi Sarah Gillis və Anna Menon, missiya mütəxəssisi və tibb işçisi daxil edilib. Orbitə çoxgünlük uçuş zamanı ekipaj üzvləri elmi araşdırmalar da aparacaqlar.
"SpaceX"in qurucusu İlon Maskın sözlərinə görə, uçuş Beynəlxalq Kosmik Stansiyanın uçuş hündürlüyündən üç dəfə yüksək hündürlükdə baş verib. Bu, son yarım əsrdə insanın Yer kürəsindən ən uzaq olduğu məsafədir.
Gülşən Şərif
















