• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gürcüstana 5,7 milyondan çox xarici ziyarətçi gedib

DÜNYA

11 Oktyabr 2024 | 10:40 | Müəllif: Gülşən Şərif

Gürcüstana 5,7 milyondan çox xarici ziyarətçi gedib

2024-cü ilin yanvar-sentyabr aylarında Gürcüstana 4,1 faiz artımla 5,7 milyondan çox xarici ziyarətçi gedib. ötən ilin müvafiq dövrü ilə müqayisədə çox olub. 

Bakıvaxtı.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Milli Turizm Administrasiyası məlumat yayıb.

Departamentin məlumatına görə, bu ilin 9 ayında Gürcüstana 3,9 milyondan çox beynəlxalq turist səfəri həyata keçirilib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz artım deməkdir.

Hesabat dövründə Aİ ölkələrindən və Böyük Britaniyadan Gürcüstana qeydə alınan beynəlxalq səfərdə artım 5,9 faiz, o cümlədən Almaniyadan səfərdə 15,6 faiz, Böyük Britaniyadan 12,5 faiz, Fransadan 21,3 faiz, Yunanıstandan 24,3 faiz təşkil edib.

İlk üç rübdə Körfəz ölkələrindən gələn beynəlxalq ziyarətçilərin sayında isə 24,8 faiz artım qeydə alınıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026