• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Fransa dəmiryolçuları hökuməti müddətsiz tətillə hədələyib

DÜNYA

10 Noyabr 2024 | 02:40 | Müəllif: Əli Hüseynov

Fransa dəmiryolçuları hökuməti müddətsiz tətillə hədələyib

Fransanın aparıcı dəmiryol həmkarlar ittifaqları “Fret SNCF” yük daşıma şirkətinin yenidən qurulmasına etiraz olaraq hökuməti müddətsiz tətillə hədələyiblər.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

“CGT-Cheminots”, “Unsa-Ferroviaire”, “Sud-Rail” və “CFDT-Cheminots” həmkarlar ittifaqları etiraz aksiyaları keçirmək niyyətində olduqlarını bildiriblər. İlk tətil 20-22 noyabr tarixlərində keçiriləcək. İkinci tətil dekabrın 11-də başlayacaq və müddətsiz olacaq.

Məqalədə vurğulanıb ki, dəmiryolçular Fransa hökumətinin “Fret SNCF”i ləğv etmək qərarına qarşı çıxırlar. Şirkəti iki hissəyə bölmək istəyirlər: nəqliyyat daşımaları üçün “Hexafret” və lokomotivlərin texniki xidməti üçün “Technis”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026