• Bakı 12° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Üçtərəfli görüşdən sonra Zelenskidən ilk açıqlama

DÜNYA

10 Dekabr 2024 | 00:34 | Müəllif: Subhan Mahmudov

Üçtərəfli görüşdən sonra Zelenskidən ilk açıqlama

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin prezident seçkilərinin qalibi Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla görüşündə müzakirə etdiyi məsələni açıqlayıb. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, o, həmkarları ilə Ukraynadakı münaqişənin dondurulmasını müzakirə etdiyini bildirib.

"Mən dedim ki, biz müharibənin bitməsini dünyada hamıdan çox istəyirik. Təbii ki, müharibənin diplomatik yolla sona çatmasını istəyirik. Diplomatik yol daha çox həyata qənaət etmiş olacaq və bunu istəyirik", - Zelenski deyib.

Xatırladaq ki, Şənbə günü Tramp, Zelenski və Makron Yelisey sarayında üçtərəfli görüş keçirib. Görüş 35 dəqiqə davam edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026