• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

ABŞ və İsrail müdafiə rəhbərlərinin telefon danışığı gözlənilir 

DÜNYA

11 Oktyabr 2024 | 10:30 | Müəllif: Gülşən Şərif

ABŞ və İsrail müdafiə rəhbərlərinin telefon danışığı gözlənilir

Yaxın gələcəkdə ABŞ müdafiə naziri Lloyd Ostin və onun israilli həmkarı Yoav Qalant arasında telefon danışığı baş tutacaq. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder deyib.

O, danışıqların yekunlarına dair məlumatın dərc olunacağını bildirilib.

Məlumata görə, nazirlərin söhbəti İranın 1 oktyabr raket hücumuna necə cavab veriləcəyini müzakirə etmək üçün İsrail Təhlükəsizlik Kabinetinin iclası fonunda baş tutacaq. İrana qarşı mümkün cavab zərbəsi ilə bağlı yekun qərarı İsrailin baş naziri Benyamin Netanyahu, həmçinin C.Qalant verəcək.

ABŞ-nin Qəzzada atəşkəsə imkan verəcəyini açıqlayan Rayder vurğulayıb ki, ABŞ İsrail-Livan sərhədində gərginliyi azaldacaq şərtləri axtarmağa davam edəcək:

"Vaşinqtonun məqsədi mövcud gərginliyin daha ​​geniş regional münaqişəyə çevrilməsinin qarşısını almaq və diplomatik həll yolu tapmaqdır".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026