BMT Baş Assambleyasının yeni seçilmiş prezidenti Filemon Yanq BMT Baş Assambleyasının 79-cu sessiyasını açıq elan edib.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, yeni prezident çıxışı zamanı həyat və cəmiyyətləri təhdid edən iqlim dəyişikliyi, yoxsulluq, eləcə də qarşıdurma və silahlı zorakılıq kimi bir çox problemlərə toxunub.
O, bildirib ki, yoxsulluq və aclığın gətirdiyi iztirablar dayanmadan davam edir.
"Üzv dövlətlər arasında əməkdaşlıq bizə bəşəriyyətin sülh, ədalət və davamlı inkişaf kimi ən böyük istəklərini həyata keçirmək üçün ümumi resurslarımızdan istifadə etməyə imkan verir. Beynəlxalq əməkdaşlıq köklü problemlərin həlli üçün ən təsirli alət olaraq qalmaqdadır", - deyə Yanq vurğulayıb.
Gülşən Şərif







png-1728629346.webp)



jpg-1728628179.webp)




