• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

ABŞ Kipr yunanları ilə yeni müqavilə imzaladı

DÜNYA

11 Sentyabr 2024 | 12:47 | Müəllif: Gülşən Şərif

ABŞ Kipr yunanları ilə yeni müqavilə imzaladı

İki il əvvəl Rum administrasiyasına qarşı silah embarqosunu ləğv edən ABŞ Kipr yunanları ilə yeni müdafiə müqaviləsi imzalayıb.

Bakıvaxtı.az "The Telegraph"a istinadən xəbər verir ki, ABŞ müdafiə nazirinin müavini Selest Uollander və Yunanıstan müdafiə naziri Vassilis Palmak arasında imzalanan əməkdaşlıq müqaviləsi ilə silahlı qüvvələr arasında əməkdaşlıq sahələrinin yol xəritəsi müəyyən edilib.

Selest Uollander bildirib ki, Kipr strateji mövqeyi ilə Avropa, Yaxın Şərq və Şimali Afrika bölgəsində çox mühüm rol oynayır. Hər iki tərəf arasında gücləndirilmiş müdafiə əməkdaşlığı Şərqi Aralıq dənizində qarşılıqlı siyasət məqsədlərini daha yaxşı həyata keçirməyə imkan verən fürsət yaradır.

Müqavilənin İsrailin Livana hücum hazırlığının müzakirə edildiyi bir vaxtda imzalanması diqqət çəkib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR