Türkiyədə jandarmadan qaçan immiqrantlar yaxalanıb.
Bakıvaxtı.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.
Məlumata görə, Tekirdağın Saray rayonunda jandarmın "dayan" xəbərdarlığına tabe olmayan və saxlanılan mikroavtobusdan düşərək qaçan 11 qeyri-qanuni immiqrant tarlada yaxalanıb.
Qeyd edilib ki, təşkilatçı olduğu ehtimal edilən nəqliyyat vasitəsinin sürücüsünün axtarışları davam edir.
Bildirilib ki, saxlanılan immiqrantlar prosedurlarından sonra İl İmmiqrasiya İdarəsinə təhvil veriləcək.
Nuriyyə Musayeva














jpg-1731181221.webp)

