Rusiya tərəfindən saxlanılan jurnalist Viktoriya Roşçina ölüb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Ukrayna rəsmiləri Ukraynanın şərqində reportaj hazırlayarkən Rusiya qüvvələri tərəfindən saxlanılan ukraynalı jurnalist Viktoriya Roşçinanın Rusiya nəzarətində öldüyünü bildirib.
Qeyd edilib ki, Viktoriyanın ölümünə görə məsuliyyət tamamilə Cenevrə konvensiyalarını növbəti dəfə pozan Rusiyanın üzərinə düşür və onun ölümündə əli olan hər kəs müəyyən edilməli, adı açıqlanmalı və cəzalandırılmalıdır.
Həmçinin ən azı 25 ukraynalı jurnalistin Rusiya əsrliyində olduğu və qeyri-qanuni həbs edildiyi bildirilib.
Nuriyyə Musayeva














jpg-1731181221.webp)

