• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Saakaşviliyə qarşı yeni ittiham

DÜNYA

11 Oktyabr 2024 | 12:45

Saakaşviliyə qarşı yeni ittiham

Gürcüstanın Baş prokurorluğu sabiq prezident Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüb.

Bakıvaxtı.az xəbər verir ki, prokurorluğun bəyanatında Mixeil Sakaşvilinin 2016-cı ildə öz partiyasından olan sabiq deputat Givi Tarqamadzeyə qarşı sui-qəsd tapşırığı verməkdə ittiham edilib.

    Qeyd olunub ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları sentyabrın 19-da Givi Tarqamadzeyə və digər şəxslərə qarşı sui-qəsd təşkil etmək ittihamı ilə axtarışda olan Darço Xeçuaşvilini həbs ediblər. Məlumata görə, cinayət işi çərçivəsində saxlanılan şəxsin sorğu-sual edilməsi zamanı göstərişin sabiq Prezident Mixeil Saakaşvili tərəfindən verildiyi, sui-qəsdin planlaşdırılmasında sabiq daxili işlər naziri Giorgi Lordkipanidzenin də iştirak etdiyi məlum olub. B

    ildirilib ki, buna səbəb Givi Tarqamadzenin 2016-cı il seçkilərindən əvvəl hazırkı hakim partiya “Gürcü Arzusu” ilə əməkdaşlıq etməsi olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR