• Bakı C

    9.5 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Qəzzada yoluxucu xəstəliklərə tutulanların sayı artıb

DÜNYA

13 Iyul 2024 | 15:17

Qəzzada yoluxucu xəstəliklərə tutulanların sayı artıb

Qəzza sektorunda 71 min 338 nəfər viruslu hepatit xəstəliyinə yoluxub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 1,7 milyon nəfər müxtəlif viruslara yoluxub, 350 min nəfər isə xroniki xəstəliklər səbəbindən həyati təhlükə ilə üzləşib.

Xəstəliyin geniş yayılmasına səbəb hərbi əməliyyatların səbəb olduğu ağır şərtlər çərçivəsində məcburi daxili miqrasiyanın genişlənməsidir.

Qeyd edək ki, vəziyyəti daha da gərginləşdirən əsas amil TSAXAL ordusunun bölgəyə dərman preparatlarının təchizatına imkan verməməsidir. (apa)


SON XƏBƏRLƏR