• Bakı 13° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Nigeriyada məktəb binası çöküb: 22 ölü

DÜNYA

13 Iyul 2024 | 14:27 | Müəllif: Gülşən Şərif

Nigeriyada məktəb binası çöküb: 22 ölü

Nigeriyada məktəb binasının çökməsi nəticəsində azı 22 nəfər həlak olub, 132 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bakıvaxtı.az xəbər verir ki, qəza Nigeriyanın mərkəzində yerləşən Plato əyalətindəki “Saint Academy” orta məktəbində dərs zamanı baş verib.

Hakimiyyət orqanları ölənlərin və yaralananların əksəriyyətinin şagirdlər və müəllimlər olduğunu bildirib.

Qeyd edək ki, səhlənkarlıq, tikinti qaydalarına riayət edilməməsi və keyfiyyətsiz materiallar Nigeriyada binaların mütəmadi olaraq dağılması ilə nəticələnir. 2021-ci ildə tikilməkdə olan binanın uçması nəticəsində azı 45 nəfər həlak olmuşdu. (trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026