• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xarici ölkələrdə 7 milyon əfqan qaçqın var - Hesabat

DÜNYA

12 Avqust 2024 | 12:48 | Müəllif: Gülşən Şərif

Xarici ölkələrdə 7 milyon əfqan qaçqın var - Hesabat

Son 12 ayda Pakistan, İran və digər ölkələrdən ümumilikdə 1 milyon 779 603 əfqan qaçqın evlərinə qayıdıb. 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda xarici ölkələrdə 7 milyon qaçqın və Əfqanıstanda 3 milyon məcburi köçkün var. Bundan başqa, hazırda təxminən 29 əyalətdə 46 qaçqın kəndi var.

"Əfqan miqrantların və geri qayıdanların üzləşdiyi problemləri həll etmək üçün nazirlik bu müddət ərzində tərəfdaş təşkilatları, 7 agentlik və 14 təhsil müəssisəsi ilə 93 anlaşma memorandumu imzalayıb. Həmçinin ölkə daxilində məcburi köçkün düşmüş 788 mindən çox əfqan ailəsi və vətənə qayıdan ailələr beynəlxalq yardım təşkilatlarının köməyi ilə maliyyə vəsaiti, ərzaq və qeyri-ərzaq malları alıb", - məlumatda vurğulanıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026