• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hindistan universitetlərində təhsil dayandırılıb - iğtişaş dalğası...

DÜNYA

11 Sentyabr 2024 | 11:56 | Müəllif: Əli Hüseynov

Hindistan universitetlərində təhsil dayandırılıb - iğtişaş dalğası...

Hindistanın ali təhsil müəssisələrində tədris prosesi dayandırılıb.

Bakıvaxtı.az hind mediasına istinadla xəbər verir ki, buna səbəb  Manipur əyalətində Kuki və Meitei icmaları arasında davam edən zorakılıq və sonrakı etirazlar dalğası olub.

"İndia Times" qəzetinin tirajladığı məlumatlarda qeyd edilib ki, universitetlərin fəaliyyəti sentyabrın 12-nə qədər müvəqqəti dayandırılıb.

Qeyd edək ki, sentyabrın 6-da Manipurun Moiranq rayonunda Kuki icmasının üzvləri tərəfindən həyata keçirilən raket hücumu nəticəsində bir nəfər həlak olub.

Polis qarşıdurma və zorakılıq nəticəsində ümumilikdə 8 nəfərin öldüyünü açıqlayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026