• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski G7 sammitindən gözləntilərini açıqlayıb

DÜNYA

13 Iyun 2024 | 15:27 | Müəllif: Gülşən Şərif

Zelenski G7 sammitindən gözləntilərini açıqlayıb

Ukrayna dünyanın ən zəngin yeddi ölkəsinin liderlərinin G7 sammitində vacib qərarlar qəbul ediləcəyini gözləyir.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti Vladimir Zelenski "Telegram" hesabında paylaşım edib.

O, "Sammitdə əsas mövzu Ukraynaya, müdafiə və iqtisadi dayanıqlığımıza həsr olunacaq", deyə bildirib.

Sammitdə iştirak edəcək Yaponiya və ABŞ ilə Ukrayna arasında yeni təhlükəsizlik sazişlərinin imzalaması gözlənilir. 

Qeyd edək ki, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-dən ibarət olan G7 ölkələri Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğalından sonra Ukraynanın mühüm maliyyə və hərbi dəstəkçiləri olublar.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026