"Potensialımız bizə daha da irəli getmək üçün cəsarət verir".
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bunu Türkiyə-İspaniya Biznes Forumunda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, qarşıdakı dövrdə iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi arzuolunandır:
"Həmrəyliyimiz və əməkdaşlığımız həyati əhəmiyyət kəsb edir. Biz yeni tərəfdaşlıqlara imkan verməliyik. Vəzifəmiz iş dünyasına yol açmaqdır. Banklarımızla maliyyə və investisiya institutlarımız arasında əlaqələr getdikcə möhkəmlənir. Biz ticarət və investisiya sahəsində rəqabət anlayışından qurtulmalı, innovativ və strateji tərəfdaşlıqlar qurmalıyıq".
Gülşən Şərif
















