• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistan Rusiyaya yeni səfir təyin edəcək

DÜNYA

13 Iyul 2024 | 13:32 | Müəllif: Gülşən Şərif

Ermənistan Rusiyaya yeni səfir təyin edəcək

Hakim “Mülki müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan sentyabrda Ermənistanın Rusiyadakı səfiri təyin olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti partiyadakı mənbəyə istinadən yazıb.

Məlumata görə, Rusiya tərəfi razılığını hələ may ayında təsdiqləyib, indi növbə Ermənistandadır: “İyulun 12-də parlamentin yaz sessiyasının növbədənkənar iclası Q.Arsenyan üçün sonuncu olub, çünki o, deputat mandatını tərk edəcək”.

Qeyd edək ki, Ermənistanın “Diplomatik xidmət haqqında” qanununa əsasən, səfir baş nazirin təklifi ilə ölkə prezidenti tərəfindən təyin edilir və geri çağırılır. (report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026