Yunanıstanın paytaxtı Afinanın şərqindəki Varnava bölgəsində bu gün günorta saatlarında başlayan yanğınla əlaqədar 9 kəndin boşaldıldığı bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, yunan mətbuatında yer alan xəbərdə bölgədə əsən güclü külək səbəbindən sürətlə yayılan yanğına nəzarət çətinləşib.
Yanğına 26 təyyarə və 120 yanğınsöndürənlə müdaxilə edildiyi bildirilib.
Xəbərdə alovun yaşayış məntəqələrinə çatması ilə 9 kəndin boşaldıldığı, polis və könüllülərin təxliyə prosesində iştirak etdiyi qeyd edilib.
Əli Hüseynov





JPG-1726041890.webp)









