• Bakı 8° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kanada İsrailə silah satışını dayandırıb

DÜNYA

11 Sentyabr 2024 | 11:19 | Müəllif: Əli Hüseynov

Kanada İsrailə silah satışını dayandırıb

Kanada oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirən İsrailə silah satışı ilə bağlı 30 lisenziyanın dayandırıldığını açıqlayıb.

Bakıvaxtı.az yerli KİV-ə istinadla xəbər verir ki, ölkənin Xarici işlər naziri Melanie Coli Qəzzada 40 mindən çox fələstinlini öldürən İsrailə verilən hərbi dəstəklə bağlı danışıb.

Coli İsrailə silah satışı üçün verilmiş 30 icazəni və Kanada istehsalı olan sursatların satışını dayandırdıqlarını söyləyib:

"Qəzzaya heç bir silah və ya avadanlıq göndərməyəcəyik",- çıxışında bildirib.

Əli Hüseynov

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR