Çin istehsalçılarına dron əleyhinə silahların istehsalı üzrə səyləri gücləndirmək tövsiyə olunub.
Bakıvaxtı.az "South China Morning Post"a istinadən xəbər verir ki, Çində hərbçilər xüsusən də Ukrayna və Qəzza zolağında münaqişələrdə istifadə olunan "Britaniya DragonFire" lazer silahlarını və texnologiyalarını öyrənirlər.
Çinli hərbçilər PUA aşkarlama və elektron tıxanma sistemlərinin effektivliyini qeyd ediblər.
Pentaqonun hesabatı göstərir ki, 2022-ci ildə Çin alçaqdan uçan və doğaçlama pilotsuz təyyarələrə qarşı hava hücumundan müdafiəni təkmilləşdirməyə yönəlib.
Qeyd edək ki, iyun ayında ABŞ Dövlət Departamenti Tayvana Amerikanın "ALTIUS 600M-V" pilotsuz uçan aparatlarının, həmçinin "Switchblade 300" piyada əleyhinə və zirehli raket sistemlərinin və müvafiq avadanlıqların tədarükünə icazə verib.
Gülşən Şərif







JPG-1726041890.webp)








