• Bakı 27° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Acun Ilıcalı hakim qarşısına çıxdı

DÜNYA

02 Iyul 2025 | 12:03

Acun Ilıcalı hakim qarşısına çıxdı

Acun Media Qrupunun və Exxen platformasının qurucusu Acun Ilıcalı hakim qarşısına çıxıb.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Acun Ilıcalı TV8 və Exxen-də bəzi futbol matçlarında qanunsuz mərc reklamı etdiyi iddiası ilə mühakimə olunduğu işin ilk iclasında hakim qarşısına çıxıb. 

Acun ifadəsində bildirib kiI, texniki cəhətdən UEFA-ya müdaxilə etmək şansı yoxdur:

"Oradakı federasiya reklam alıb, biz ancaq yayım borcumuzu yerinə yetirmişik. Dünən UEFA-dan bununla bağlı məktub gəlib ki, matçların yayımlanması onların istədikləri kimi olsun. Dostlarımdan da üzr istəyirəm. Mən indi matçların yayımlanması kimi çox məsum bir məsələyə görə buradayam. Mənə ən çox acı verən odur ki, dünən axşam da eyni yayımlar edilib və mən buna mane ola bilmirəm. Ödədik, aldıq, yayımladıq və nəhayət, buradayıq”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

02 Iyul 2025