Türkiyənin məşhur iş adamı Acun İlıcalıdan boşanandan sonra ərə gedən Şeyma Subaşı şəxsi həyatı ilə yenidən gündəmdədir.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla indi əksəriyyəti “Şeyma Subaşı və Məhəmməd Əlsaloussi boşanırmı” sualı maraqlandırır. Bu sualın formalaşmasında isə Subaşının sosial şəbəkədə etdiyi paylaşım olub.
Ultra dəbdəbəli həyatı və paylaşımları ilə hər zaman adından söz etdirən məşhur ad evləndikdən sonra sosial şəbəkədəki paylaşımlarına ara verib. Hazırda İstanbulda olan Şeyma Subaşı son paylaşımı ilə yenidən çox danışılıb.
Belə ki, Rami Kitabxanasının bağçasından video paylaşan Şeyma Subaşının barmağında üzük olmaması diqqət çəkib. İzləyiciləri Subaşıya "Üzüyün haradadır?", "Üzüyü niyə çıxardın?" kimi şərhlər yazıb.
Qeyd edək ki, Türkiyənin məşhur iş adamı Acun İlıcalıdan ayrılan Şeyma Subaşı sevgilisi, misirli milyonçu Mohammed Alsaloussi ilə ailə qurub. Mərakeşdə 3 gün 3 gecə davam edən toydan sonra cütlük bal ayı üçün ilk olaraq Yaponiyaya, daha sonra Baliyə gedib.
Murad Məmmədli