• Bakı 19° C

    2.65 m/s

"Onların sevgisinə acam"- Kərim Abbasov valideynlərindən gileyləndi

MƏDƏNİYYƏT

19 Oktyabr 2023 | 11:02

"Onların sevgisinə acam"- Kərim Abbasov valideynlərindən gileyləndi

Müğənni Kərim Abbasov şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 

Bakıvaxtı.az xəbər verir ki, övladına yaxşı ata olduğunu deyən müğənni valideynlərindən gileylənib. 

"Mən çox yaxşı atayam. Oğlumla heç vaxt reklam qazanmaram. Bəzən nəyisə çəkib, paylaşaram. Ancaq bizim evdə hamı bir-birini ancaq qucaqlayır, sənə qurbanla danışırıq. Uşağın yanında heç vaxt yoldaşımla səsimizi qaldırmamışıq. Oğlum ən çox mənlə vaxt keçirtməyi xoşlayır. Birlikdə oyunlar oynayırıq, futbola gedirik. Onu hər səhər öpüb, qucaqlayaraq oyandırıram",-deyə müğənni bildirib. 

K.Abbasov qeyd edib ki, valideynlərindən belə nəvaziş görməyib: "Mənim atam çox yaxşı ata olub. Ancaq kişilər sevgisini gizlədir deyə məni bir dəfə qucaqlamadı. Anamın da çox sərt xarakteri var. Elə istəyirdim ki, onlar məni elə əzizləsin. Həmişə çox ehtiyacım olub. Valideyn sevgisinə acam". 

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026