• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Ağzına gələni oxuyur, yarım milyard baxış gəlir" - Elməddin Üzeyir Mehdizadədən DANIŞDI

MƏDƏNİYYƏT

17 Noyabr 2023 | 13:35

"Ağzına gələni oxuyur, yarım milyard baxış gəlir" - Elməddin Üzeyir Mehdizadədən DANIŞDI

“Tarkanın da konsertində 50 min adam iştirak edir, Üzeyir Mehdizadənin də. Bu ədalətsizlikdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov qonaq olduğu verilişlərdən birində deyib.

Müğənni Üzeyir Mehdizadənin də yer aldığı proqramda Elməddin onun paxıllığını çəkdiyini etiraf edib.

Aktyor Tarkanın da, Üzeyirin də konsertlərində təxminən eyni sayda insanın olmasının ədalətsizlik olduğunu vurğulayıb.

“Youtube” baxışlarından söz salan Elməddin Üzeyirin uğurlarını şans adlandırıb: “Müğənnilər gedirlər 5 min verib, bəstəkardan mahnı alırlar. Onu aranjman edib, azı 10 min xərcləyirlər. Oxuyur, reklama qoyurlar... Gəlir, 100 min baxış yığa bilmir... Adam ( Üzeyir Mehdizadəni nəzərdə tutur - red.) ağzına gələni oxuyur, yarım milyard baxış gəlir. Bu, necə olur? Gəl qəbul edək, burda şans məsələsi də var”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026