Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərə təmsilçisi "Hall Siti" "Qalatasaray"ın sabiq futbolçusu Nordin Amrabatı heyətinə qatıb.
Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, Yunanıstanın AEK komandasından ayrılan hücumçu cari mövsümün sonuna qədər "Hall Siti"də çıxış edəcək.
Qeyd edək ki, 37 yaşlı mərakeşli futbolçu bu mövsüm AEK-in heyətində 9 oyunda 2 qol vurub.