• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qazaxıstan millisinin hücumçusu “Neftçi”nin hədəfində

İDMAN

17 Fevral 2025 | 18:43 | Müəllif: Subhan Mahmudov

Qazaxıstan millisinin hücumçusu “Neftçi”nin hədəfində

“Neftçi”nin maraq dairəsində olan daha bir futbolçunun adı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Bakı klubu Qazaxıstan millisinin hücumçusu İslam Çesnokovu heyətinə qatmaq istəyir.

“Neftçi” forvardın formasını geyindiyi “Tobol”la razılıq da əldə edib. Lakin İslam karyerasını Avropanın aparıcı liqalarında davam etdirmək istəyir. 25 yaşlı futbolçu ilə Şotlandiya təmsilçisi “Harts” da maraqlanır. Lakin böyük britaniyalılar da “Tobol”la razılığa gələ bilmir.

Qeyd edək ki, 2023-cü ildən Qazaxıstan millisinə çağırılan hücumçu 4 oyunda 2 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR