• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

AEBA missiyası Zaporojye şəhərinə gedib

DÜNYA

31 Avqust 2022 | 16:23

AEBA missiyası Zaporojye şəhərinə gedib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyası Zaporojye şəhərinə gedib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, AEBA-nın direktoru Rafael Qrossinin rəhbərlik etdiyi 14 nəfərlik missiya bu gün səhər saatlarında Kiyevi tərk edib.

"BBC Russia"-nın məlumatına görə isə Rusiya qüvvələri Zaporojye AES-ə giriş üçün AEBA-nın nümayəndə heyətinə vəsiqə verməkdən imtina edir.

Bildirilib ki, nümayəndə heyəti Ukraynanın nəzarətində olan ərazidəki keçid məntəqəsində gözləyir.

Qeyd edək ki, Rusiya və Ukrayna qüvvələri arasında cəbhə xəttində yerləşən və Rusiya hərbi qüvvələrinin nəzarətində olan Zaporojye AES-in taleyi qlobal narahatlığa səbəb olub.
Ərazi son günlər dəfələrlə atəşə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026