• Bakı 15° C

    1.74 m/s

Rusiya 8-ci sanksiya paketi ilə üz-üzə...

DÜNYA

30 Sentyabr 2022 | 15:25

Rusiya 8-ci sanksiya paketi ilə üz-üzə...

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı təklif olunan 8-ci sanksiyalar paketi ilə bağlı ilkin razılığa gəlib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə üç diplomatik mənbə bildirib.


Mənbələrin verdiyi məlumata görə, bu gün Brüsseldə Aİ-yə üzv ölkələrin səfirləri sanksiyalar paketini müzakirə edib və ilkin razılığa gəliblər. Amma yekun təsdiqin gələn həftə gözlənildiyi bildirilir.


Diplomatik mənbələr bildirib ki, sanksiyalar paketinin tətbiqi üçün blokun bütün üzvləri (27 ölkə) bunu dəstəkləməlidir və əgər fikir ayrılıqlarını aradan qaldırmaq çətin olsa, məsələ blokun liderlərinin oktyabrın 6-7-də Praqada keçiriləcək görüşündə müzakirə olunacaq.


Qeyd edək ki, Macarıstan Aİ-də Rusiyaya qarşı sanksiyaların ən kəskin tənqidçisidir. Son sanksiyalar paketi ilə bağlı Macarıstan hökumət sözçüsü bildirib ki, əgər yeni sanksiyalar enerji sahəsini də ehtiva edərsə, Macarıstan bunu dəstəkləməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026