• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Aeroportların sayının 57-dən 61-ə çatdırılması planlaşdırılır" - Nazir

DÜNYA

24 Fevral 2024 | 23:51

Aeroportların sayının 57-dən 61-ə çatdırılması planlaşdırılır - Nazir

"Türkiyədə dəmir yollarının ümumi uzunluğunu 28 min kilometrə çatdırmaq planlaşdırılır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Yaxın illərdə Türkiyə hökuməti mülki aviasiya sahəsində mühüm addımlar atacaq, lakin nəqliyyat sahəsində əsas diqqət dəmir yollarına ayrılacaq. Məhz bu məsələyə dövlət investisiyaları nəzərdə tutulub. Bu, prioritetdir”, - deyə nazir bildirib.

Nazir əlavə edib ki, hazırda Türkiyədən 130 ölkənin 143 hava limanına birbaşa aviareyslər həyata keçirilir. Bununla yanaşı, Türkiyədə aeroportların sayının 57-dən 61-ə çatdırmaq planlaşdırılır.


SON XƏBƏRLƏR

26 Iyul 2024