• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Avstraliya səfiri Rusiya XİN-ə çağırıldı

DÜNYA

25 Mart 2024 | 21:33 | Müəllif: Subhan Mahmudov

Avstraliya səfiri Rusiya XİN-ə çağırıldı

Avstraliyanın Rusiyadakı müvəqqəti işlər vəkili Ceremi Qutri Smolensk meydanı-32-yə (Rusiya XİN-in yerləşdiyi binanın ünvanı - red.) çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfirliyin sosial şəbəkələrində yayılan yalan məlumatlara görə etiraz edilib:

“Avstraliya səfirliyi tərəfindən Teleqram sosial şəbəkəsində Rusiya Federasiyasının ərazi bütövlüyünü şübhə altına alan və prezident seçkiləri zamanı Rusiyanın bir sıra regionlarında səsvermə ilə bağlı bilərəkdən yalan məlumatların yer aldığı mesajla əlaqədar Qutriyə kəskin etiraz edilib".

Qutriyə məlumat verilib ki, diplomatik nümayəndəliyin hərəkətləri Rusiyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

Xarici İşlər Nazirliyi Avstraliya səfirliyindən mesajı silməyi və gələcəkdə belə hadisələrin baş verməsinin qarşısını almağı tələb edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026