• Bakı 15° C

    13.49 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

"Amazon" 10 milyon avro cərimələndi

DÜNYA

24 Aprel 2024 | 18:42

Amazon 10 milyon avro cərimələndi

İtaliya Rəqabət Təşkilatı ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək "Amazon"u 10 milyon avro cərimələyib.

Bakıvaxtı.az "NTV"yə istinadən bildirir ki, bununla bağlı İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) açıqlama yayıb. 

Açıqlamaya görə, İtalyan veb-saytında bir çox məhsul üçün satınalma variantı avtomatik olaraq "birdəfəlik" əvəzinə "təkrarlanan dövri alış" olaraq təyin edilib. Bu isə istehlakçı seçimlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu sistem istehlakçını istəmədiyi məhsulu almağa sövq edir.

Rəsmi açıqlamada qeyd olunub ki, "Amazon"un törəmə şirkətləri olan, Lüksemburqda yerləşən "Amazon Services Europe" və "Amazon EU" da cərimələnib. 

"Amazon" şirkəti isə bu qərarla razılaşmayıb. Şirkət açıqlamasında tətbiq etdiyi sistemin başlıca səbəbi öz müştərilərinin cərimə predmeti olan "Abunə ol və qənaət et" proqramı sayəsində pula qənaət etməsini müdafiə etməkdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 May 2024