• Bakı 25° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qəzzada 1200 xəstə ölüm riski altındadır

DÜNYA

24 May 2024 | 16:54 | Müəllif: Gülşən Şərif

Qəzzada 1200 xəstə ölüm riski altındadır

Əl-Əqsa Şəhidləri Xəstəxanasında 1200-ə yaxın xəstə və yaralı yanacaq çatışmazlığı səbəbindən həyati təhlükə yaşayır.

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən bildirir ki, bununla bağlı xəstəxana rəhbərliyi çağırış edib.

Bildirilib ki, Qəzza zolağının Deyr əl-Bələh şəhərində yerləşən xəstəxanada hazırda 1200 xəstə və yaralı var, onlardan 600 nəfəri dializdədir. Xəstəxanada xidmət göstərmək üçün gündə 4 min litrdən çox yanacaq tələb olunur. Yanacaq tədarükün olmaması Qəzza zolağındakı bütün xəstəxanaların dağılmasına səbəb olacaq.

Xəstəxana rəhbərliyi beynəlxalq ictimaiyyətə və agentliklərə çağırış edərək xəstəxanaya 50 min litr yanacaq verilməsini istəyib. 

Qeyd olunub ki, elektrik enerjisinin kəsilməsi yeni doğulan uşaqların da həyatını risk altına salır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026