• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsrail Ermənistan səfirini qovmağa hazırlaşır?

DÜNYA

23 Iyun 2024 | 16:41 | Müəllif: Subhan Mahmudov

İsrail Ermənistan səfirini qovmağa hazırlaşır?

Ermənistan hökumətinin Fələstin dövlətini tanımaq qərarı İsraili təəccübləndirmədi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri yazıb.

Məlumata görə, İsrail Təhlükəsizlik Şurası Fələstin dövlətini tanıyan bütün ölkələr üçün münasibətlərin səviyyəsinin aşağı salınması imkanlarının nəzərdən keçirilməsi təklifi ilə çıxış edib.

Bundan əlavə, departament bu ölkələrin İsraildəki diplomatik nümayəndəliklərinin bağlanmasını və ya məhdudlaşdırılmasını tövsiyə edib. Nəticədə bu mövzu ətrafında müzakirələrin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, Ermənistanın Fələstin dövlətini tanımasına İsrail kəskin reaksiya verib və erməni səfiri XİN-ə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026